Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb
Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb.
Canlixeber.com xəbər verir ki, nəticədə 4 pilot ölüb.
Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub.
Faktla bağlı araşdırma aparılır.
