Ölüm hadisəsi
Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı
İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda avtobus azyaşlını vurub, faktla bağlı cinayət işi başlanılıb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi “Isuzu HC 45” markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar […]
General-mayor İsgəndər Allahverdiyev vəfat etdi
Azərbaycan Respublikasının sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi nekroloq yayıb. Nekroloqda bildirilir ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin […]
Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
Naftalana istirahətə gələn kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı, 1987-ci il təvəllüdlü Cafar Mahmudoviç Mahmudovun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
“Aşk-ı Memnu” serialının tanınmış aktirisası vəfat etdi
Türkiyənin tanınmış aktrisası Gülsen Tuncer vəfat edib. Canlixeber.com xəbər verir ki, aktrisa 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Gülsen Tuncer yayımlandığı zaman reytinq rekordları qıran “Aşk-ı Memnu” serialında “Arsen Hala” obrazını canlandırıb. O, həmçinin “Çalıkuşu” serialında rol alıb.
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı
Zaqatalada güllə yarası almış kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib. Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb. Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma […]
Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü
Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar. Məlumat üçün bildirək ki, vəfat edən qadın […]
Alla Axundova VƏFAT ETDİ
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq […]
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
