1 min read

Bakı metrosunda halı pisləşən kişi öldü

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

1 min read

Psixoterapevt Kaşpirovski 87 yaşında vəfat edib

Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Onun ölüm səbəbi barədə məlumat verilmir. Daha əvvəl mediada onun xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Kaşpirovski 1980-ci illərin sonlarında “Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları” televiziya verilişləri sayəsində şöhrət qazanıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya […]

1 min read

Əhmədlidə ərzaq köşkündə yanğın baş verib, ölən var

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis […]

1 min read

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı

Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

1 min read

Bakı-Quba yolunda qəza: Ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb. E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 min read

Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışlarını döyərək öldürməkdə təqsirləndirilən Hafiz Hacıyev və Rasim Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Hacıyev 10 il 6 ay, R.Abbasov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, hadisə ötən il oktyabrın 28-də Zaqatala rayonunun Yuxarı Tala kəndində baş […]