Ölüm hadisəsi
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb. Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir. Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb. Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, […]
Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb
Naftalan şəhərində sanatoriyaya istirahətə gəlmiş Özbəkistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, “Qarabağ Otel Resort SPA” sanatoriyasında 1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti aşkar edilib. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. 69 yaşlı kişinin ölüm səbəbi ilə bağlı prokurorluqda araşdırma başlanılıb.
Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş […]
Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü
Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Astarada maşın dərəyə aşdı: Ölən var
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb. Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazisində VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Qaxda dəhşətli qəza: 17 yaşlı sərnişin öldü, yaralılar var
Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 6-da gecə saat iki radələrində qeydə alınıb. Rayon sakini Kamran Məmmədovun “Opel” markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı […]
Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən “Körpü Bina Tikinti” şirkətinin Horadiz-Ağbənd dəmir yolunun 77-ci kilometrliyindəki tikinti sahəsində baş verib. Şirkətdə sürücü işləyən Vasif Məmmədov (soyad şərtidir – red.) idarə etdiyi “Hyundai” markalı mikroavtobusla əraziyə fəhlələri gətirib, onları düşürdükdən sonra geri qayıtmaq istəyib. O, avtomobili arxaya […]
Türkiyənin tanınmış aktyoru vəfat edib
Türkiyə kinosunun və Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb. Qeyd edək ki, mərhum sənətçi “Qara günlərim”, “Samanyolu” və “Daş uşaq” kimi məşhur türk filmlərində yer alıb.
Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub. Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun […]
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
