Ölüm hadisəsi
Hindistanda yük maşını zəvvarların üzərinə çırpılıb, 12 nəfər ölüb
Hindistanın Qvalior şəhərində yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli polis rəisi Dharmvir Singh məlumat verib. Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Düyü daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil polis maneələrini keçərək insanlara və məbədin giriş qapısına çırpılıb. Məlumata görə, […]
Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb
Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb
Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib. Xarici dövlətə məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada – Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub. Yük avtomobili […]
Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda ölümlə nəticələnən qəza olub
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayev idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə […]
Hindistanda içində zəvvarların olduğu avtobus aşıb: Ölənlər və yaralananlar var
Hindistanın Kota əyalətində Dehli-Mumbay magistral yolunda içində zəvvarların olduğu avtobus aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Dnaindia” nəşri məlumat yayıb. Məlumata görə, Bhopaldan Racastandakı Kxatu-Şyam məbədinə zəvvarları aparan avtobusun aşması nəticəsində ən azı 8 nəfər həlak olub. Həmçinin çox sayda yaralanan var. Avtobusda 25 sərnişin olub və onlar arasında yaşlılar və uşaqlar da olub. […]
Bakıda “Changan” piyadanı vurub öldürdü
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
BDYPİ iki nəfərin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Oktyabrın 14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İlkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə […]
“Baksol”da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə cəza istənilib
Dövlət ittihamçısı “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun 3 il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Canlixeber.com xəbər […]
Pakistanda məktəb damının uçması nəticəsində 28 uşaq və 1 müəllimə ölüb
Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub. Canlixeber.com xəbər verir ki bu barədə Pakistan mediası məlumat yayıb.Bildirilib ki, həmçinin 20 uşağın xəsarət aldığı bildirilir. Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib. Onun sözlərinə görə, hadisədən sonra […]
