Ölüm hadisəsi
Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü
Salyan rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində baş verib. Belə ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətində yerləşən istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyan vurması nəticəsində həyatını itirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Cəbrayıl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Elşən Rüstəmov idarə etdiyi KIA markalı avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü Elşən Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhumun yaxınları onun vəfatı ilə bağlı məlumat yayıblar. V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan […]
Bakıdakı psixiatriya xəstəxanasında ölüm
Bakıda psixiatriya xəstəxanasında ölüm hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb. Burada müalicə alan şizofreniya xəstəsi, 52 yaşlı Asif Qiyas oğlu Qurbanov naməlum səbəbdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Məşhur meyxanaçı vəfat etdi
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Meyxanaçının hansı səbəbdən öldüyü məlum deyil.
Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb Faktla bağlı araşdırma aparılır.
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
İstanbulda sel nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə sel sularına düşərək itkin düşən Murat Babajanovun meyiti Haliç sahilində aşkarlanıb. Sel nəticəsində itkin düşən daha 4 nəfərin axtarışları davam etdirilir.
Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişin, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov […]
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı – ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğradı, ölənlər var
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyaləti ərazisində “AH-6i” tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin və Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində ildirib. Onun sözlərinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində iki heyət üzvü həlak olib. Helikopter Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin nəzarətində […]
