1 min read

Rusiyada meşəyə göbələk yığmağa gedən iki qadını ayı parçaladı

Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkar edilib. Meyitlər xilasedicilər tərəfindən tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar. Bundan əvvəl Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları iki təqaüdçü qadının tapılması istiqamətində əməliyyat həyata keçirirdilər. Avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxan qadınlar itkin düşmüşdülər. Axtarış tədbirlərinə polis əməkdaşları […]

1 min read

Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı

Beyləqan rayonunda 56 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com, hadisə rayonun Yuxarı Aran kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Habil Mənsim oğlu Hüseynovun meyiti yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlanıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Hacıqabulda çoban odlu silahdan aldığı xəsarət nəticəsində ölüb

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarət nəticəsində ölüb. Onun fermada çoban işlədiyi bildirilir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla […]

1 min read

Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb

Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov paytaxtın Tbilisi prospektində idarə etdiyi skuterdən yıxılıb. Müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən H.Xəlilov orada həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı

Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. İmişli rayon sakini – 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində yıxılaraq həyatını itirib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb. Canlixeber.com xəbər verir ki, şəhərin Xəzər bağları massivində yaşayan 1981-ci il təvəllüdlü Samir Vaqif oğlu İsrayılov ağır vəziyyətdə əvvəlcə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kimyəvi məhluldan zəhərləndiyi təxmin olunan S. İsrayılov sonradan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək […]