Ölüm hadisəsi
FHN: Bakıda evdə meyit tapılıb
Bakıda evdə bir nəfərin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata […]
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Canlixeber.com xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Canlixeber.comxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun […]
1 gündə dənizdə 2 nəfər boğuldu
Bakıda 2 nəfər dənizdə boğulub. Canlixeber.com xəbər verir ki, hadisələr Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb. 25 yaşlı Gülhüseyn Muradov və 43 yaşlı Taleh Quliyev eyni gündə qeyd olunan çimərlikdə boğularaq ölüblər.
Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ
Azərbaycan Dövlət Aqrar Universitetinin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin mütəxəssisi Natəvan Quliyeva vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Onun ölüm səbəbi açıqlanmayıb.
Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Canlixeber.com xəbər verir ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır. Faktla bağlı araşdırma aparılır
Azərbaycanda MƏŞHUR HƏBSXANA RƏİSİ vəfat etdi
Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqov vəfat edib. Canllixeber.comxəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 ilə yaxın müddətdə Bakı İstintaq Təcridxanasının rəisi olub. 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Ehtiyatda olan polkovnik-leytenant VƏFAT ETDİ
Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib. Canlixeber.com xəbər verir ki, Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı
Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.
Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü
Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
