1 min read

Ehtiyatda olan polkovnik-leytenant VƏFAT ETDİ

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov vəfat edib. Canlixeber.com xəbər verir ki, Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Onun hansı səbəbdən öldüyü məlum deyil.