1 min read

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub. Canlixeber.com xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “BMW-X6” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb. Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri – 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş […]

1 min read

Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxdı

Bu gün saat 05:05-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb. Canlixeber.com xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan vurulma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib. “ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada […]

1 min read

43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb

Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Mingəçevirdə balıq tutan şəxs öldü

Mingəçevir su anbarında balıq tutan şəxs ölüb. Canlixeber.com xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib. Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

Nepalın şimal rayonlarında baş vermiş daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nepalın Risklərin azaldılması və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb. Qeyd edilib ki, 734 nəfərin meyiti tapılıb. İndiyə qədər 8 186 nəfər xilas edilib, onların arasında 227 xarici ölkə vətəndaşı var. Aralarında 588 əcnəbi də olmaqla, […]

1 min read

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat edib

Gəncədə qadın əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumata görə, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı […]

1 min read

Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü

Füzuli rayonunda 12 yaşlı uşaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsində baş verib. Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib. TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il […]

1 min read

Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu

Tərtər rayonunda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Ağa Məmmədov Suqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən kanala yıxılıb. Hadisədən bir neçə saat sonra kənd sakinləri xəbər alıblar və axtarışlara başlanıb. Axtarışlar zamanı onun meyiti tapılıb. Faktla bağlı […]