1 min read

Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb. Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib. Meyit müvafiq ekspertiza üçün təhvil verilib. […]

1 min read

Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib

Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib. Canlixeber.con xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib. “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman […]

1 min read

Xalq artisti Tofiq Mirzəyevin ÖLÜM SƏBƏBİ BİLİNDİ: Harada dəfn ediləcək?

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət […]

1 min read

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi

Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 94 yaşında İsraildə dünyasını dəyişib. Aktyorun ölüm səbəbi hələlik məlum deyil. Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Qeyd edək ki, Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, […]