1 min read

Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı – Ölənlər var

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il […]

1 min read

Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı

Lənkəranda axtarışda olan kişinin meyiti kanaldan tapılıb. Canlixeber.com xəbər verir ki, Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin cəsədi Bəllərbur kəndinin ərazisindəki kanalda aşkarlanıb. Məlumata görə, mərhum iyulun 26-da itkin düşüb və axtarışa verilibmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Xankəndi – Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var

Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ucarda ağır qəza – Ölənlər var

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub. İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb. Digər piyada və […]

1 min read

Lerikdə 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Lerik rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev yaşadığı evin eyvanından yıxılıb. İlkin məlumata görə, onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi, başgicəllənməsi nəticəsində müvazinətini itirərək yıxıldığı bildirilir. Ağır xəsarətlər alan V.Quliyev […]

1 min read

Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI

İyulun 28-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, meyit FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir

Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir. Canlixeber.com xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb. Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol […]