Futbol
“İmişli” Bəxtiyar Həsənalızadəni heyətinə qatıb
“İmişli” daha bir futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub. 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən oyunçu son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.
“Sumqayıt” braziliyalı qolkiperlə gücləndi
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub portuqaliyalı qapıçı Jeymes Almeydanın transferini açıqlayıb. 25 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “1” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında forma geyinib.
“Qəbələ” Səlahət Ağayevlə yeni müqavilə imzaladı
“Qəbələ” klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək. Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb. Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna […]
“İmişli” futbolçu Abbas Ağazadə ilə vidalaşıb
“İmişli” futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Onun başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi 2024-cü ildən “İmişli”də çıxış edib.
“Kəpəz” Fərid Nəbiyevlə yollarını ayırıb
“Kəpəz” futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb. Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
Azərbaycan Premyer Liqasında ən çox cəzalanan komanda və futbolçu açıqlandı
2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında qeydə alınan cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistika açıqlanıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, mövsüm ərzində hər oyuna orta hesabla 12,13 qayda pozuntusu qeydə alınıb. Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı və 17 birbaşa qırmızı vərəqə göstərilib. Statistikaya əsasən, orta hesabla […]
Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub. Canlixeber.com xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir. 14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında […]
Azərbaycan millisinin futbolçusu karyerasını Kosovoda davam etdirəcək
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 29 yaşlı hücumçu Kosovo təmsilçisi “Malişeva” klubu ilə müqavilə imzalayıb.Tərəflər arasında anlaşmanın müddəti açıqlanmayıb. Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyinib. O, 2025-ci ilin yayında Türkiyənin “Boluspor” klubundan azad agent kimi “Partizani”yə keçmişdi.
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə I Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” […]
“Araz-Naxçıvan” legioneri ilə müqaviləni yenilədi
“Araz-Naxçıvan” son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan […]
