1 min read

Polşa klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı

Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb. Canlixeber.com qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək. Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb […]

1 min read

“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı

“Şəfa” FK komandanın baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edilib ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.

1 min read

“Kəpəz” Rəhman Hacıyevlə bağlı qərarını verdi

“Kəpəz” klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub.

1 min read

“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir – Premyer Liqada ilk

“Turan Tovuz” müdafiəçisi Roderik Miller Panama millisinin heyətində DÇ-2026-ya dəvət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tovuz təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlayıb. Siyahıda ölkəmizdə çıxış edən Roderik Millerin […]

1 min read

Misli Premyer Liqasında mövsüm başa çatır

Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, 33-cü turun son matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edəcək. Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək. Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik “İmişli” 9-cu yerdədir. Qeyd edək ki, […]

1 min read

Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı

Bu gün Misli Premyer Liqasında souncu – 33-cü turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. “Kəpəz” komandası çempion “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra “Kəpəz” 27 xalla 10-cu, “Neftçi” klubu isə 56 xalla dördüncü sırada […]