Futbol
“Zirə”nin rəqibi finala yüksəldi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb. Canlixeber.com xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub. “Torpedo” iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq. Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu […]
“Neftçi” yeni mövsümə hazırlığın birinci mərhələsini tamamlayıb
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular […]
“Zirə” Özbəkistan klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Navbahor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, “qartallar” ilk yoxlama oyununda “Azersun Arena”da “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.
“Qarabağ”dan ayrılan Leandro Andradenin yeni klubu açıqlandı
“Qarabağ”dan ayrılacağı gözlənilən Leandro Andradenin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, bu barədə TaToTake nəşri məlumat yayıb. Məlumata görə, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb. Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün […]
“Qarabağ” bu gün Avstriyada “Tirol” klubu ilə üz-üzə gələcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək. “In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.
“Araz-Naxçıvan” kapitanı Urfan Abbasovla vidalaşıb
“Araz-Naxçıvan” PFK futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib. Canlixeber.com xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” FK məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir, karyerasında uğurlar arzulayır. Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe […]
“Neftçi” yeni transferini AÇIQLADI
“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, qvadeluplu müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
“Turan Tovuz” Ayxan Hüseynovla yollarını ayırdı
“Turan Tovuz” futbolçusu Ayxan Hüseynovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Xatırladaq ki, Ayxan Hüseynov Azərbaycan millisinin üzvüdür.
“Qarabağ”dan ayrılan Buntiç bu kluba keçdi
Bugünlərdə “Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib. Canlixeber.com xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub. Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
