1 min read

Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva […]

1 min read

Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var

Beyləqanda minik və yük avtomobilləri toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb. Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var

Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobillə “Ssang Yong” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, […]

1 min read

İsmayıllıda iki avtomobil toqquşdu: Dörd nəfər yaralandı

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb. Belə ki, “Niva” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər. Hadisənin səbəbləri araşdırılır.

1 min read

Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib. Belə ki, “ISUZU” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan 4 nəfər – Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və […]

1 min read

Yola qəfil çıxan iribuynuzlu heyvan qəzaya səbəb oldu

Göyçayda yola qəfil çıxan heyvan qəzaya səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan 99-VE-245 Dövlət Qeydiyyat Nişanlı “Opel” markalı avtomobil yolun hərəkət hissəsinə çıxan iribuynuzlu inəyə çırpılıb. Nəticədə yola qəfil çıxan heyvan tələf olub […]

1 min read

Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.