Avtomobil qəzası
Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Tovuzda avtomobillər toqquşdu – Yaralanan var
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Tovuz şəhərinin mərkəzi prospektində “VAZ 2107” ilə “Kia” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda avtomobil qəzası olub, xəsarət alanlar var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; – Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü […]
Bakı-Quba yolunda zəncirvari qəza olub, xəsarət alanlar var
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb. İlkin məlumata əsasən, “Shacman” markalı yük avtomobili, “Kia” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların sayı və vəziyyəti dəqiqləşdirilir. Faktla […]
Ağcabədidə qəza: Ölən və yaralanan var
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus “NAZ Lifan” markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən […]
Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Lənkəran rayonunun Liman şəhəri ərazisində “KIA Ceed” və “Opel” markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanların son vəziyyəti məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər kişi avqustun 4-də saat 16:50-də Lənkəran […]
Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Rövşən Namazəliyev […]
Maşında sıxılan şəxsi FHN əməkdaşları xilas etdi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə […]
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
Hacıqabulda baş verən qəzada bir nəfər ölüb Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb. “Kamaz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana […]
