Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
1 min read

Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.