Canlı
1 min read

Tokayev: “Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir”

“Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunurlar”. Canlixeber.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib. Tokayevin sözlərinə görə, qardaş xalqların müdrikliyi və birliyi sayəsində regionda sülh və əmin-amanlıq qorunub saxlanılır. “Həmrəylik, qarşılıqlı dəstək […]

1 min read

Berdiməhəmmədov: “Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır”

“Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır”. Canlixeber.com xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib. S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb. O, […]

1 min read

İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün “Avaza” Kompleksinə gedib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gedib. Canlixeber.com xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb. Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.

3 mins read

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Canlixeber.com xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki:• elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik […]

2 mins read

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş Məmmədli İlham Qüdrət oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ibtidai istintaqla İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən […]

1 min read

Saatlıda ağır qəza: Beş yaşlı uşaq öldü

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov “Mercedes” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir […]

1 min read

Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü

Bakıda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobusla hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi “Lada Granta” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində E.Qədimov bədən […]

1 min read

Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Astara” gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük […]

1 min read

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb

“Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb”. Canlixeber.com xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da təşkil olunan paneldə bildirib. Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu […]