Sonuncu xəbərlər
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib
2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 […]
Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə may ayının 21-də, axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində batma təhlükəsi ilə üzləşən […]
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır
Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin vaxtı hələki məlum deyil. Xatırldaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, […]
Bərdədə yeniyetmənin meyiti tapıldı
Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bəzi ərazilərdə yağınıtılı hava şəraiti davam edir – FAKTİKİ HAVA
Mayın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada […]
Mingəçevirdə avtobus piyadanı vurdu
Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub. Canlixeber.com “Unikal”ay istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, 5 saylı marşurut üzrə hərəkət edən avtobus piyada Tağıyev Elşən Arzuman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qurban Qurbanov “Beşiktaş”a gedir? – Klub rəsmisi açıqladı
Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir. Canlixeber.com “Teleqraf”ay istinadla xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 […]
Sumqayıt şəhərində qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb .Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, […]
Azərbaycanda ölüm halları artıb
Bu ilin ilk üç ayı ərzində Azərbaycanda ölüm halları artıb. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 15019 ölüm halı qeydə alınıb. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,6-dan 5,9-a qədər artıb.
Azərbaycan əhalisinin sayı açıqlanıb
Aprel ayının əvvəlinə olan statistikaya əsasən Azərbaycan əhalisinin sayı artıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər (0,1 faiz) artaraq 2026-cı il aprel ayının 1-i 10268165 nəfərə çatıb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası […]
