Beşiktaş FK
“Beşiktaş” Ümit Akdağın transferini açıqlayıb
Türkiyənin “Beşiktaş” klubu heyətinə daha bir futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Ümit Akdağ “Alanyaspor”dan heyətə cəlb edilib. “Beşiktaş” 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, İstanbul nəhəngi “Yuventus”dan Fabio Mirettini bir mövsümlük icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Beşiktaş” italiyalı yarımmüdafiəçisi üçün Turin klubuna 2,1 milyon avro təzminat ödəyib. Klublar arasındakı anlaşmada 23 yaşlı futbolçu üçün satınalma bəndi yer alıb. Qeyd edək ki, Fabio Miretti […]
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
“Beşiktaş”ın Məhəmməd Salah üçün hazırladığı müqavilə təklifinin maliyyə detalları məlum olub. Canlixeber.com xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduza 2 illik müqavilə təklif edib. Razılaşmaya əsasən, 33 yaşlı futbolçuya hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş və təxminən 4 milyon avro performans bonusu nəzərdə tutulub. Müqavilədə Salahın imic hüquqları ilə bağlı xüsusi maddələrin də […]
Qurban Qurbanov “Beşiktaş”a gedir? – Klub rəsmisi açıqladı
Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir. Canlixeber.com “Teleqraf”ay istinadla xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 […]
