Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Borca görə axtarışda olan 111 nəfər saxlanıldı
İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz […]
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək. Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. Oxu.Az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq. Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat […]
Bakıda mağazada yanğın olub
Bakıda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Səhər saatlarında qəsəbə ərazisindəki mağazalardan birində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının […]
Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılıb
Bu gün saat 10 radələrində Lənkəran rayonu, Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 mm olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib nəticədə qaz sızması baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, yaranmış qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması […]
Azərbaycanda ən çox və ən az olan heyvanlar
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ilə bağlı statistika ölkədə hansı heyvan növlərinin üstünlük təşkil etdiyini və hansı istiqamətlərdə azalma tendensiyası olduğunu göstərir. Rəsmi rəqəmlərə görə, ölkədə ən çox sayda quş saxlanılır, ən az rast gəlinən heyvanlardan biri isə dəvələrdir. Canlixeber.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə quşların sayı […]
Tanınmış professor vəfat etdi
Professor Vəli Sultan Murad oğlu Hacı-Qasımov vəfat edib. Canlixeber.com xəbər verir ki, kimyəvi kinetika və kataliz sahəsi üzrə tanınmış alim, kimya elmləri doktoru, 89 yaşında dünyasını dəyişib. Vəli Sultan Murad oğlu Hacı-Qasımov 2 mart 1937-ci il tarixində Bakı şəhərində anadan olub. 1954-cü ildə 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinə daxil olub, […]
Ötən gün 10 silah aşkarlanaraq götürülüb
Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 548 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayıb. Həmçinin narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib
Millimiz Almaniya ilə qarşılaşacaq
Bu gün Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti görüşə çıxacaq. Canlixeber.com xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv saat 21:00-da 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.
Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. Canlixeber.com Baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir. Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev […]
