1 min read

Göygöldə torpaq uçqunu: Yolda çətinliklər yaranıb

Göygöl rayonuna yağan güclü yağış torpaq uçqununa səbəb olub, yolda çətinlik yaradıb. Canlixebər.com xəbər verir ki, rayonun Aşıqlı kəndində torpağın bir hissəsi yola uçub, iri ağac əraziyə aşıb. Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb. Hazırda bu istiqamətdə tədbirlər görülür.

1 min read

Mürsəl Əliyevə yeni vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni direktor təyin olunub. Canlixeber.com nazirliyə istinadən xəbər verir ki, MMC-nin yeni rəhbəri Mürsəl Əliyevdir. O bu vəzifədə Ramin İsrafilovu əvəz edib. Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

1 min read

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 18 kiloqram marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi […]

1 min read

İtkin düşən yeddi nəfər tapıldı

Azərbaycanda itkin düşmüş kimi axtarışda olan yeddi nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Canloxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar. Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.

1 min read

Dələduzluq edən 13 nəfər saxlanıldı

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 13 nəfər məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

1 min read

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

İyunun 6-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından […]

1 min read

Sarayda müəllim məktəblini döydü

Orta məktəbdə idman müəllimi şagirdi döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə baş verib. 5-ci sinif şagirdi Cahid Məcidzadə Fəqan adlı idman müəlliminin fiziki zorakılığına məruz qalıb. İddiaya görə, baş vermiş hadisə bir müddət məktəbin direktoru Asəf Bayramov tərəfindən gizlədilib.

3 mins read

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Bu ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim […]

1 min read

Borca görə axtarışda olan 111 nəfər saxlanıldı

İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 34, qanunsuz […]