1 min read

Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb. Canlixeber.com Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman “Yeni Klinika”ya yerləşdirilib. Məlumata görə, Ehtiram Əliyev vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülüb. Qeyd edək ki, Ehtiram Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünaya gəlib.

1 min read

Britaniyada pensiyaçı “Pokemon” kartları sayəsində milyonçu oldu

Böyük Britaniyada “Pokemon” kolleksiya kartları hərracda ümumilikdə rekord məbləğə – 1.56 milyon funt sterlinqə satılıb. Canlixeber.com xəbər verir ki, kartların sahibi keçmiş rəngsaz-dekorator olub. O, kolleksiyanı 15 il ərzində çardaqda saxlayıb və kartların həqiqi dəyərindən xəbərsiz olub. Hərracın ən bahalı əşyası “Legendary Collection” dəsti olub. İlkin qiyməti 15-20 min funt sterlinq arasında müəyyənləşdirilən kolleksiya 100 […]

1 min read

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Bakıda kişi şalvarını ütüləmədiyi üçün həyat yoldaşını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsindəki evdə baş verib. Həmin evdə yaşayan 1992-ci il təvəllüdlü Sahibcan Məmmədov (soyadı şərtidir – red.) səhər saatlarında yuxudan oyanıb və şalvarının ütülənmədiyini görüb. O, həyat yoldaşını çağıraraq, şalvarını ütüləməyi tapşırsa da, həyat yoldaşı ona vaxtının […]

1 min read

Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir

Bu gün Misli Premyer Liqasında IX turun oyunları start götürür. Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:00-da başlayacaq. Günün digər matçında isə “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası IX tur 23 oktyabr […]

1 min read

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi və büdcəyə aid olan qanun layihələri Milli Məclisə daxil olub. Canlixeber.com xəbər verir ki, sənəd parlamentin iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz […]

3 mins read

Bakıda 25 il əvvəl qadının öldürülməsinin təfərrüatı açıqlandı

Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi […]

1 min read

“Həzi Aslanov” metrostansiyasında dalanın yenidən qurulması yekunlaşır

Oktyabrın 23-də “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması yekunlaşacaq. Canlixeber.com xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam […]

1 min read

Azərbaycan stolüstü tennisçiləri “Riga City Youth Cup 2026” turnirinə qatılacaqlar

Azərbaycanın 9 stolüstü tennisçisi Latviyanın paytaxtı Riqada təşkil olunacaq “Riga City Youth Cup 2026” beynəlxalq turnirində iştirak edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib. Ənənəvi yarışda idmançılar qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi […]

1 min read

Arif Mərdanova yüksək vəzifə verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. Bildirilib ki, iclasda Prezident İlham Əliyevin sərəncamı ilə İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə […]