Sosial
Sonuncu xəbərlər
Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun […]
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Bu il mayın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 792,3 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Canlixeber.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, muzdla çalışan işçilərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 %-i təhsil, 13,8 %-i sənaye, […]
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
İyunun 12-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Azərbaycanda iki ayrı qəzanın OXŞAR SƏBƏBİ
Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi VAZ markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yoldan çıxaraq ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Belə ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində də oxşar hadisə qeydə alınıb. Belə ki, paytaxt sakini Davud Salamov “Ford” […]
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb. Canlixeber.com xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır. V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə […]
147 milyon manatlıq narkotik vasitə məhv edildi
İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib. Canlixeber.com xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə […]
“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb. Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR
2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub. Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və […]
70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub […]
Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq
Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlara 2026-cı il iyulun 4-dən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb. Hərəkət cədvəli ilə qurumun saytında və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.
