1 min read

Misli Premyer Liqasında həyəcan davam edir: Qərb derbisi və paytaxt dueli

Misli Premyer Liqasında III turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək. İlk görüşdə qərb derbisi baş tutacaq. “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksində keçiriləcək görüş saat 20:15-də […]

1 min read

Üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli […]

1 min read

Bu gün hava necə olacaq?

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi […]

2 mins read

Köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı xilas edilib

Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub. Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycan […]

1 min read

Xətai rayonunda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan “Chevrolet” markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin […]

1 min read

“Sabah”ın ÇL-dəki TƏQVİMİ: “Barselona” ilə nə vaxt qarşılaşacaq?

“Sabah” klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu turnirin liqa mərhələsində 8 qarşılaşmaya çıxacaq. “Sabah” klubu Bakıda “Barselona”, “Borussiya Dortmund”, “Slaviya Praqa” və “Napoli”, səfərdə isə “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq” kimi klublarla qarşılaşacaq. “Sabah”ın oyun təqvimi: I tur 10 sentyabr 23:00. “Mançester […]

1 min read

Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI

Azərbaycan Hava Yollarının 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. “Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə […]

2 mins read

Bakıda gəlinlik salonunda dava: Satıcı müştəriyə xəsarət yetirdi

Bakının Nizami rayonunda ticarət mərkəzində dava olub. Canlixeber.com xəbər verir ki, hadisə “Laçın” Ticarət Mərkəzindəki “Nur” gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib – red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıcı işləyən 1986-cı il təvəllüdlü Aysu Əliyeva ilə aralarında mübahisə yaranıb. […]

1 min read

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, İstanbul nəhəngi “Yuventus”dan Fabio Mirettini bir mövsümlük icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Beşiktaş” italiyalı yarımmüdafiəçisi üçün Turin klubuna 2,1 milyon avro təzminat ödəyib. Klublar arasındakı anlaşmada 23 yaşlı futbolçu üçün satınalma bəndi yer alıb. Qeyd edək ki, Fabio Miretti […]

1 min read

Xəqani bağında nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

Bakının Səbail rayonunda küçədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Adil Vəliyev (ad-soyad şərti verilib – red.) Səbail rayonu ərazisində yerləşən Xəqani bağında ictimai qaydanı pozaraq nalayiq ifadələr səsləndirib. İstintaq sənədlərinə görə, polis əməkdaşları bununla bağlı onu polis bölməsinə dəvət edib. Amma o, polis əməkdaşlarının […]