1 min read

Çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 14-də cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24,cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

1 min read

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev “Aqrar Tədarük və Təchizat” ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində […]

1 min read

Bu gün hava necə olacaq?

Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

1 min read

Misli Premyer Liqası: Beşinci turun son matçı – “Şəfa” “Sabah”a qarşı

Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, turun son qarşılaşması “Şəfa” və “Sabah” klubları arasında keçiriləcək. Saat 19:00-da başlayacaq oyun “SOCAR Polymer Arena”da baş tutacaq. Misli Premyer Liqası 14 sentyabr V tur 19:00. “Şəfa” – “Sabah”.

1 min read

Mingəçevirdə 9 mərtəbəli binada yanğın baş verib

Mingəçevir şəhərində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, keçmiş köçkün şəhərciyində yerləşən 9 mərtəbəli 11 saylı binada qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb olunub.

1 min read

Pornoqrafik videomateriallar yaymaqda şübhəli bilinən Əhdi saxlanıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

1 min read

Bəzi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Sentyabrın 13-ü saat 14:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.

1 min read

Bu gün derbi var

İngiltərə Premyer Liqasında 4-cü tutun oyunları davam edir. Canlixeber.com xəbər verir ki, bu gün turun mərkəzi matçı keçiriləcək. Derbi oyununda “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Hazırda “Mançester Siti” 9 xalla 2-ci, “Mançester Yunayted” isə 4 xalla 13-cü pillədə qərarlaşıb. Xatırladaq ki, “Mançester Yunayted” son oyununu […]

1 min read

Pekində dronların istifadəsi qadağan ediləcək

Yeni qaydalara əsasən, Pekin şəhəri hüdudları daxilində pilotsuz uçuş aparatlarının istifadəsi qadağan ediləcək. Canlixeber.com xəbər verir ki, dronların istifadəsinə nəzarətin sərtləşdirilməsi çərçivəsində may ayında artıq bu cihazların satışına qadağa qüvvəyə minib, onlara sahib olmaqla bağlı qadağa isə noyabrın ortalarından etibarən tətbiq olunacaq. Qeyd olunur ki, Çin paytaxtının hakimiyyət orqanları təhlükəsizlik səbəblərini əsas gətirərək icazəsiz dron […]

3 mins read

İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq

İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilib ki, sentyabrın 12-də İranın iqtisadiyyat nazirinin müavini və Gömrük Xidmətinin rəhbəri Fərrud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Culfada görüşüb. Görüşün yekununda tərəflər İran Gömrük Xidməti ilə Ermənistan Dövlət Gəlirləri Komitəsi arasında gömrük əməkdaşlığının […]