İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Bundan başqa, dövlətimizin başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.
Qeyd edə ki, hər iki saziş 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.
