Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
İyunun 11-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 11-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə […]
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi
Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib. Canlixeber.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində onlar barəsində […]
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən Saleh Səmədov məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti iclas iyulun 1-nə təyin olunub.
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəlinə dəyişiklik edilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan saat 23:30-da (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Qeyd olunub ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış […]
“Qəbələ” klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı
“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Kot-d’İvuardan olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, Azərbaycan Kubokunda […]
“Şəfa” Arsen Ağcabəyovu transfer etdi
“Şəfa” daha bir transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb. O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail” və “Sumqayıt”ın formasını geyinib. Arsen Ağcabəyova “Şəfa”da uğurlar arzulayırıq!
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət bəlli olub
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət müəyyənləşib. Canlixeber.com Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, 2028-ci ildə təşkil olunacaq mundialın Avropa zonası üzrə əsas mərhələsinin püşkatması üçün səbətlərin tərkibi açıqlanıb. Püşkatmada 36 komanda hər birində 12 yığma olmaqla 3 səbətə bölünüb. Reqlamentə əsasən, hər qrupda 3 komanda yer alacaq və […]
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, bu mövsümün sonunda “Qarabağ” ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş “Şəfa” klubuna keçəcək. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd edək ki, Ramil Şeydayev son mövsüm “Qarabağ”ın […]
