“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib
1 min read

“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Canlixeber.com xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

“Neftçi SOCAR” qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna rəqib olub.

Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 07:00-da baş tutacaq.