“Orhus” – “Sabah” oyununu sloveniyalı referi idarə edəcək
1 min read

“Orhus” – “Sabah” oyununu sloveniyalı referi idarə edəcək

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” oyununun hakim təyinatları bəlli olub.

Canlixeber.com xəbər verir ki, qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.

VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.