1 min read

“Sabah”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u iki oyunun nəticəsinə görə məğlub edərək turnirin pley-off mərhələsinə yüksələn “Sabah”ın növbəti rəqibi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu ÇL-nin bu raundunda İsrailin “Hapoel” (Beer Şeva) komandası ilə qarşılaşacaq. “Hapoel” ÇL-nin 3-cü təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” klubunu turnirdən kənarlaşıdıraraq təmsilçimizə rəqib olub. “Hapoel” […]

1 min read

Kurban Berdıyev Rusiyaya qayıdır?

“Turan Tovuz”un baş məşqçisi, təcrübəli mütəxəssis Kurban Berdıyev karyerasını yenidən Rusiyada davam etdirə bilər. Canlixeber.com xəbər verir ki, bu barədə tanınmış rusiyalı futbol agenti Timur Qurtskaya bildirib. Belə ki, təcrübəli çalışdırıcının adı Moskva “Lokomotiv”i ilə hallanmaqdadır. Paytaxt təmsilçisinin hazırkı baş məşqçisi Mixail Qalaktionovun mümkün istefası barədə fikirlərini bölüşən Qurtskaya “Lokomotiv” rəhbərliyinin məhz Berdıyev variantı üzərində […]

1 min read

“Sabah” – “Orhus” oyununun bütün biletləri satıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda keçiriləcək “Sabah” – “Orhus” matçına bütün biletlər satılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidmətindən məlumat verilib. Klub azarkeşlərə müraciət edərək stadionun girişində sıxlığın yaranmaması və tribunaya rahat keçidin təmin olunması üçün arenaya oyunun başlamasına ən azı 2 saat qalmış gəlməyi tövsiyə edib. Qeyd edək […]

1 min read

“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə Danimarkanın “Orhus” klubunu qəbul edəcək. İzləyicilər “Sabah” – “Orhus” oyununu İctimai TV-də izləyə biləcəklər. Xatırladaq ki, “bayquşlar” iki oyunun nəticəsinə əsasən “Orhus”u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) – “Srvena Zvezda” (Serbiya) […]

1 min read

Atletimiz ölkə rekordunu yeniləyib

İngiltərənin Birmingem şəhərində atletika üzrə Avropa çempionatına start verilib. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb. Atletimiz 13,91 metr nəticə göstərib. Bu göstərici Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməsə də, o, Azərbaycan rekordunu yeniləyib. Qeyd edək ki, əvvəlki ölkə rekordu da 13.89 metr nəticə ilə Yekaterina Sariyevaya […]

1 min read

UEFA Çempionlar Liqası: “Sabah” həlledici oyuna çıxır

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi “Orhus”u qəbul edəcək. Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. Yaşıl meydanda ona həmvətənləri Ervan Finjean və Valentin Evrar yan xətt hakimləri kimi dəstək olacaqlar. Dördüncü hakim funksiyası Erik Vattelyerə […]

1 min read

“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 33 yaşlı futbolçu 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş” klublarında da forma geyinib. Qeyd […]

1 min read

“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” görüşü Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib. Qeyd edək ki, Premyer Liqanın […]