İdman
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
Marko Yankoviç “Qarabağ”ı Türkiyə klubuna dəyişdi
“Qarabağ”ı daha bir futbolçu tərk edib. Canlixeber.com xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış “Çorum”a transfer olunub. Onunla “2+1” illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun “Qarabağ” və “Zirə” arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. “Çorum” 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə “Qarabağ”a transfer məbləği də ödəyib. Yeri […]
“Sabah” Voynaloviçlə yolları ayırdı
“Sabah” basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 26 yaşlı basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, Ukrayna millisinin hücumçusu 2024-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.
Daha 1 il “Qarabağ”da
“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, klub Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. “Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda […]
Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. Canlixeber.com xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb. Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib. Beləliklə, Azərbaycan […]
Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda Portuqaliya ilə qarşılaşacaq. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq. Qeyd edək ki, milli Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:229, 16:25) hesabı ilə məğlub olub.
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib. Canlixeber.com Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar. O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş […]
“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib. Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, […]
Hidayət Heydərov “Böyük Dəbilqə”dən kənarda qaldı
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyib. Canlixeber.com xəbər verir ki, olimpiya çempionumuzun1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmamasına səbəb çəkisini sala bilməməsi olub. Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə […]
“Sabah” Ceyms İdslə yolları ayırıb
“Sabah” basketbol klubu Ceyms İdslə yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amerikalı basketbolçu 2025-ci ilin yanvarından Bakı klubunun formasını geyinirdi.
