“Sabah” – “Orhus” oyununun bütün biletləri satıldı
1 min read

“Sabah” – “Orhus” oyununun bütün biletləri satıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda keçiriləcək “Sabah” – “Orhus” matçına bütün biletlər satılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidmətindən məlumat verilib.

Klub azarkeşlərə müraciət edərək stadionun girişində sıxlığın yaranmaması və tribunaya rahat keçidin təmin olunması üçün arenaya oyunun başlamasına ən azı 2 saat qalmış gəlməyi tövsiyə edib.

Qeyd edək ki, “Sabah” – “Orhus” qarşılaşması bu gün saat 20:00-da 8700 tamaşaçı tutumuna malik “Bank Respublika Arena”da keçiriləcək.

Komandalar arasında Danimarkada baş tutan ilk görüş “Orhus”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.