“Sabah”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi
1 min read

“Sabah”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u iki oyunun nəticəsinə görə məğlub edərək turnirin pley-off mərhələsinə yüksələn “Sabah”ın növbəti rəqibi müəyyənləşib.

Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu ÇL-nin bu raundunda İsrailin “Hapoel” (Beer Şeva) komandası ilə qarşılaşacaq.

“Hapoel” ÇL-nin 3-cü təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” klubunu turnirdən kənarlaşıdıraraq təmsilçimizə rəqib olub.

“Hapoel” hər iki oyunda “Srvena Zvezda”dan üstün olub (1:0, 2:0).

Qeyd edək ki, ÇL-də növbəti mərhələnin oyunları avqustun 19-da və 25-də keçiriləcək