1 min read

Göyçayda kişini ilan sancıb

Göyçayda 40 yaşlı kişini ilan sancıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli […]

1 min read

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman […]

2 mins read

Azərbaycanda ambulans dron hazırlayan şirkət bağlandı, məhkəmə cərimələdi

Azərbaycanda bir ilkə imza ataraq ambulans dron istehsalına başlayan “İdrak Texnoloji Transfer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb. Canlixeber.com Yurd.media-ya istinadla xəbər verir ki, fəaliyyətini dayandırandan sonra şirkət və rəhbəri də məhkəmə tərəfindən cərimələnib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti “İdrak Texnoloji Transfer” MMC-də yoxlama aparıb. Vətəndaşın müraciəti əsasında […]

1 min read

Salyanda gənc oğlan dayısını döydü

Salyanda gənc oğlan dayısını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Kürsəngi kəndində qeydə alınıb. 19 yaşlı Şərif İsayev (şərti adla) dayısı Elmirə (şərti ad) yumruqla zərbə vurub. Buna səbəb Şərifin atası və anası ilə birgə avtomobillə gedərkən, dayısının öz maşınını onların qarşısında saxlaması olub. Belə ki, Elmir dayı idarə etdiyi avtomobili Şərifgilin içərisində olduğu nəqliyyat […]

1 min read

Türkiyədə ağır qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Canlixeber.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

1 min read

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var

Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü […]

1 min read

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb. Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

1 min read

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 min read

Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.