Hadisə
Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı
Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.
Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü
Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb
Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb. Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib. Meyit müvafiq ekspertiza üçün təhvil verilib. […]
Bakıda iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı
Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı avtobusla qəsəbə ərazində “Hyundai” markalı avtobus toqquşub. Canlixeber.com xəbər verir ki, TƏBİB-dən qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunduğu bildirilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək […]
Şirvan sakini antibiotik iynəsindən ölüb
Şirvan şəhər sakini antibiotik iynəsindən ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 23-də baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub və ölüb. Araşdırma aparılır.
Maşın piyadanı vurub öldürdü
Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol […]
Hacıqabulda 15 yaşlı yeniyetmə qəza törədib
Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib. Canlixeber.com xəbər verir ki, hadisə shər saatlarında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Changan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz […]
2-ci kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. Canlixeber.com xəbər verir ki, dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.
