1 min read

Bərdədə FACİƏ: Sahibkar öldü

Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Hacıqabulda qəzada 5 nəfər xəsarət alıb

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var

Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza zamanı “Ford” və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

İsmayıllıda AĞIR QƏZA: Ölənlər var

İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə dəhşət: 14 yaşlı yeniyetmə faciəli şəkildə öldü

Şəmkir rayonunda 14 yaşlı uşaq faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə […]

1 min read

Astarada bir nəfər dənizdə batıb

Astarada bir nəfər (kişi) dənizdə batıb. Canlixeber.com xəbər verir ki, hadisənin şəhərin “Bulvar” ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır.

1 min read

Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb

Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb. Canlixeber.com xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.