Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib
1 min read

Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb.

1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.