Hadisə
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.
Boğazında ət tikəsi qalan kişi öldü
Bakı şəhərinin Suraxanı rayonunda ölümlə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat bir radələrində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev Bülbülə qəsəbəsində yaşadığı evdə yemək yeyən zaman boğazında ət tikəsi qalıb. O, boğulduğuna görə nəfəs almaq üçün boğazını bıçaqla deşib. Nəticədə kişi qanaxmadan ölüb. Faktla bağlı araşdırma […]
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, tədbirlər çərçivəsində […]
Mingəçevir su anbarında balıqçı itkin düşüb
Mingəçevir su anbarında balıqçı itkin düşüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün baş verib. Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur. Xaləddin Kərimovun […]
Zaqatalada minik və yük avtomobilləri toqquşub
Zaqatalada yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda, “Naib bulaq” adlanan ərazidə qeydə alınıb. QAZ-31 avtomobili “Ford Transit” avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan ümumilikdə 4 […]
Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı
Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobilinə toqquşub. Daha sonra avtobus hasara çırpılıb. İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan […]
Şabranda yük və minik avtomobilləri toqquşdu: Ölən var
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə “Hyundai” markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Nizami rayon ərazisində 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin elektrik cərəyanı vurmuş meyiti yaşadığı mənzildə tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb
Bakıda tikilidə baş verən yanğın zamanı 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. […]
