1 min read

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib. Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib. Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində […]

1 min read

Ağdaşda ağır qəza baş verib, bir nəfər ölüb

Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Mercedes Atego” markalı avtomobilin sürücüsü – 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəkidə VAZ aşdı: Xəsarət alanlar var

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Sürücü idarə etdiyi VAZ-2107 markalı avtomobilə nəzarəti itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində Oğuz rayon sakinləri- 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı […]

1 min read

Qubada usta faciəli şəkildə öldü

Qubada usta iş görərkən yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində baş verib. Kənd sakini 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov kənddə yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Tərcüməçi Ziya Muradovun ölümü prokurorluq tərəfindən araşdırılır

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir. Toplanmış materialların […]

1 min read

Masallıda əkin sahəsində meyit tapıldı

Masallı rayonunda əkin sahəsindən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 19:45-də rayonun Mollaoba kəndində baş verib. Rayonun Boradigah qəsəbə sakini Razi Allahverdi oğlu Fərzullayev rayonun Mollaoba kəndində əkin sahəsində ölüb. Onun meyiti axşam saatlarında əkin sahəsində aşkarlanıb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb

Güclü küləyin təsiri nəticəsində iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. […]

1 min read

Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib. 1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

42 yaşlı qadın müəmmalı şəkildə öldü

Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.