1 min read

Bakıda dayanacaqda kişi qəfil öldü

Bu gün səhər saatlarında Bakının Binəqədi qəsəbəsində yerləşən avtobus dayanacağında bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, təxminən 40 yaşlarında olan kişinin halı qəfil pisləşib və vəfat edib. Məlumata görə, hadisə baş verən zaman o, həyat yoldaşı ilə işə gedirmiş. Təcili tibbi yardım briqadası gələnədək ölüm faktı qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb […]

1 min read

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub. Canlixeber.com xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib. Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması […]

1 min read

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evinə gec gəlib və onun telefonu stolun üstündə qalıb. Ondan şübhələnən həyat yoldaşı telefonu götürüb “WhatsApp” yazışmalarına baxarkən İlyasın bir xanımla səmimi yazışmasını görüb. O, həmin […]

1 min read

Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]

1 min read

Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Xarkovda azərbaycanlı tələbə həlak oldu

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Canlı xəbər.com xəbər verir ki, Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri nəticəsində həyatını itirib. Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarının miqyası kəskin artıb.

1 min read

Qusarın Laza kəndinə sel gəldi

Qusar rayonunun Laza kəndində yağan güclü yağışlardan sonra sel baş verib. Canlixeber.com xəbər verir ki, sel nəticəsində yol palçıq və daş kütləsi ilə örtülərək nəqliyyatın hərəkətini çətinləşdirib. Sel nəticəsində yol boyunca güclü palçıq axını yaranıb, bəzi avtomobillər təhlükəli vəziyyətdə qalıb.

1 min read

Bakıda 8 yaşlı qız 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü M.Mərdiyeva yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb. O, təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü

Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.