1 min read

Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti çaydan tapılıb

Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb. Canlixeber.com xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Meyiti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 min read

Bakıda yanacaq daşıyan avtomobil yanıb

Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində […]

1 min read

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə 54 yaşlı qadının meyiti tapılıb

Gəncədə 1972-ci il təvəllüdlü Lətafət İsmayılovanın meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 54 yaşlı Lətafət İsmayılovanın yaşadığı evdə meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Bakıda bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi olub

Bu ilin 6 ayı ərzində Bakıda baş verən qəzaların sayı açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1 min read

Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb

Yasamalda ölümlə nəticələnən yol qəzası olub. Canlixeber.com xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb

Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda 38 yaşlı qadın dənizdə batdı

Bakıda 38 yaşlı qadın dənizdə boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 11-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindəki çimərlikdə baş verib. Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel dənizdə çimərkən boğulub. Z.Cödelin meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.