Hadisə
Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var
Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar. Hadisə […]
Xırdalanda baş verən yanğın söndürülüb
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəsarət alan olmayıb. ** Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində […]
Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb
Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. 2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb
Zaqatalada yük maşını vurduğu 66 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib. Xarici dövlətə məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada – Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub. Yük avtomobili […]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]
Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Mehdiyev və Talıbovun yerinə onlar seçildi
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibi yenidən formalaşdırılıb. Hazırda barəsində cinayət işi olan və məhkəməsi gedən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov şuradan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 1992-ci il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevə müraciət […]
İsmayıllıda ölümlə nəticələnən qəza olub
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayev idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə […]
Hindistanda içində zəvvarların olduğu avtobus aşıb: Ölənlər və yaralananlar var
Hindistanın Kota əyalətində Dehli-Mumbay magistral yolunda içində zəvvarların olduğu avtobus aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Dnaindia” nəşri məlumat yayıb. Məlumata görə, Bhopaldan Racastandakı Kxatu-Şyam məbədinə zəvvarları aparan avtobusun aşması nəticəsində ən azı 8 nəfər həlak olub. Həmçinin çox sayda yaralanan var. Avtobusda 25 sərnişin olub və onlar arasında yaşlılar və uşaqlar da olub. […]
Bakıda “Changan” piyadanı vurub öldürdü
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu “Changan” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
