Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var
1 min read

Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var

Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar.

Hadisə nəticəsində iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.