1 min read

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub. Qəza nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Gündüz qızı Əliyevanı vurub. […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb. Canlixeber.com hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

2 mins read

Azərbaycanda 18 min manatdan çox aliment borcu olan ata həbs olundu

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. Canlixeber.com xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə […]

1 min read

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişin, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov […]

1 min read

Qaradağda yanğın baş verib

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən […]

1 min read

BƏƏ sahillərində gəmi hücuma məruz qalıb, xəsarət alan var

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yedək gəmisi iki naməlum mərmiyə tuş gəlib, nəticədə bir nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Mərkəzin məlumatına görə, gəmi cənub istiqamətində hərəkət edərkən ona naməlum mənşəli iki mərmi atılıb. İnsident nəticəsində bir nəfər xəsarət alıb. […]

1 min read

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı – ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.