1 min read

Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü […]

1 min read

Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü

Goranboy rayonunda ölüm faktı qeydə alınıb. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, 1955-ci il təvəllüdlü Löya Nağıyeva xəstəxanada vəfat edib. İlkin məlumata görə, qadın yaşadığı evdə yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qadına ilkin tibbi yardım göstərilib, iynə vurulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. […]

1 min read

Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini həyətlərində elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.

1 min read

Yevlaxda avtomobil məktəblini vurdu

Yevlaxda avtomobil məktəblini vurub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində – Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən piyada, 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, S.Qarayev Yevlax şəhərində orta məktəblərdən birinin 10-cu sinif şagirdidir.

1 min read

Ölkəyə qanunsuz yolla keçirilməyə çalışılan dərman preparatları aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli […]