Hadisə
Dövlət Xidmətində böyük təmizləmə: 42 rəhbər cəzalandırıldı
Qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 75 əməkdaşı (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Canlixeber.com xəbər verir ki, bu barədə dövlət xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatlarında bildirilib. […]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2106” ilə “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bakıda 62 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb
Bakıda kimyəvi məhluldan zəhərlənən 62 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Məlumata görə, iyunun 14-də 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y.Rzayev ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb
Bakıda evində yıxlan 79 yaşlı kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadiəs paytaxtın Nərimanov rayonunda baş verib. Məlumata görə, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev ötən gün orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bakıda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü Mahir Vəliyev aldığı xəsarətlərdən qəza yerində ölüb, avtomobildə olan sərnişin Fəridə Bədəlova isə […]
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər “Mercedes” markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin […]
Azərbaycanda tanınmış şirkətə ağır cəza: Ağdamda yaşıllıqlar məhv edilib – MƏHKƏMƏ
“Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati protokol yazılıb. Canlixeber.com xəbər verir ki, şirkətin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparıb. Protokolda göstərilib ki, MMC tərəfindən Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı […]
Bakıda ağır qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vasif Əli oğlu Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçməyə çalışan Samir Əliməmməd oğlu Rzayevi vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Paytaxtda yanğın baş verib, avtomobillərə ziyan dəyib
Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb. Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın […]
Goranboyda göldə 53 yaşlı qadının meyiti tapılıb
Goranboyda göldən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Rayon sakini 1973-cü il təvəllüdlü S.Nəbiyevanın meyiti Səfikürd gölündə aşkarlanıb. Hadisə yerinə polis və prokrorluq əməkdaşları cəlb edilib. Məlumata görə, göldən meyiti tapılan qadın Goranboy rayon mərkəzi xəstəxanasının həkimi olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
