August 2026
Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, Yevlax rayonu, Xanabad kənd sakini 1961-ci il təvəllüdlü Xaləddin Sabir oğlu Kərimov avqustun 26-da saat 7 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub. Avqustun 28-də onun meyiti Mingəçevir su anbarından aşkar edilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma […]
Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Avqustun 29-da saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər […]
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. Canlixeber.com məktubun mətnini təqdim edir: “Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə sizi və sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan […]
“Bu, sürücülər üçün gözlənilməz təhlükə yaradır”
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Canlixeber.com zəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu […]
Cəlilabadda iki minik avtomobili toqquşdu, xəsarət alanlar var
Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralından Göytəpə şəhərinə keçən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı […]
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat edib
Gəncədə qadın əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumata görə, qadın xəstəxanada ürək əməliyyatı olubmuş. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı […]
Ötən gün 2 avtomat silahı, 6 tüfəng aşkarlanıb
Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam […]
Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü
Füzuli rayonunda 12 yaşlı uşaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsində baş verib. Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı
Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib. Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə […]
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə […]
