1 min read

Bakı Qızlar Universitetinin tələbələri köçürüldü

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib. Canlixeber.com xəbər verir ki, tələbələr Odlar Yurdu və Azərbaycan Universitetlərinə köçürülüb. Bildirilib ki, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.

1 min read

İlk qatlanan “iPhone” təqdim ediləcək – Tarix açıqlandı

“Apple”ın 9 sentyabrda keçirəcəyi təqdimatda şirkətin ilk qatlanan smartfonu olan “iPhone Ultra” modelini nümayiş etdirəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, qatlanan “iPhone”un ilin sonuna qədər satışa çıxarılması və ilkin qiymətinin təxminən 2200 avro (təxminən 4300 manat) olması gözlənilir. Məlumata görə, “iPhone Ultra” kitab kimi açılan daxili və ənənəvi smartfon kimi istifadə edilə bilən xarici ekranla təchiz olunacaq. […]

1 min read

Bakıda marketdən 225 manatlıq şokolad və “Red Bull” oğurlandı

Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb. Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin […]

1 min read

Bərgüşadçay su anbarına 130 milyon manat xərclənəcək

“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 130 milyon 372 min manatdır. Tender çərçivəsində suvarma suyu üçün DN2800 markalı, 9 980 metr uzunluğunda […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]

1 min read

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib. TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il […]

1 min read

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib

Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib. Canlixeber.com xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb. O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. […]

2 mins read

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. İlk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat görüşləri keçirilib. Daha sonra qrup mərhələsinin görüşlərinə və dairəvi sistem üzrə qarşılaşmalara keçid edilib. Axşam seansında isə turnirin açılış mərasimi baş […]

1 min read

“Süleymançılar” dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib

“Süleymançılar” dini təriqətinin lideri Əlixan Kurişlə birgə saxlanılan 37 nəfərdən 35-i həbs edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğuna istinadən “Haber Global” məlumat yayıb. “25.08.2026-cı il tarixində həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 37 şübhəlidən 35-i barəsində həbs, 2 şübhəli barəsində məhkəmə nəzarəti qərarı verilib”, – məlumatda bildirilib. Xatırladaq ki, avqustun 13-də […]